Bakı şəhərində çoxmərtəbəli binada güclü partlayış baş verib.
KONKRET.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Binəqədi rayonu Cavadxan və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində yerləşən yaşayış binasında dəhşətli partlayış olub. Partlayış binanın ən axırıncı – 18-ci mərtəbəsində baş verib.
Zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxsin pəncərədən yerə düşərək öldüyü bildirilir.
Güclü partlayış ətraf binalarda da hiss olunub.
Hadisə yerinə çoxlu sayda yanğlnsöndürən, polis və təcili yardım maşınları cəlb olunub.
Hazırda yaralıların çıxarılması üçün təcili yardımlar binaya yaxınlaşır.
Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.
Xuraman Etibarlı,
KONKRET.az
