backend

Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu tarixdə başa çatacaq

“Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsinə artıq başlanılıb və Xırdalan dairəsi ərazisində mövcud yeraltı tunelin həm gediş-gəliş hissəsində əlavə 2 hərəkət zolağının, həm də yeni yeraltı tunelinin tikintisinə başlanılıb”.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə “20 Yanvar”dan çıxan tuneldən Bakı ətrafı qəsəbələrə və Xırdalan daxil olmaqla, Rusiya və Sumqayıt istiqamətinə gedən yol zolaqlarının ayrılması nəticəsində bu intensivliyin aradan qaldırılması layihəsinə başlanılıb.

“Bakı şəhərindən Sumqayıta olan 28 kilometrlik magistral avtomobil yolu 2008-ci ildən genişləndirilir. 2011-ci ildə bu magistral vətəndaşların istifadəsinə verilib. Həmin vaxt avtomobillərin gündəlik hərəkət 7-10 min avtomobilin hərəkətinə hesablanıb. Son dövrlərdə Sumqayıtda tikilən sənaye parklarının, yeni müəssisələrin çoxluğu, açılan ali məktəblər və s. insanların gedişini artırıb”, – deyə S. Məmmədov qeyd edib.

S. Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*