Bakı və Ankaradan Nikol Paşinyan üçün seçki öncəsi “hədiyyə” – DETALLARbackend

Bakı və Ankaradan Nikol Paşinyan üçün seçki öncəsi "hədiyyə" - DETALLAR

Türkiyənin “Karar” nəşri, Bloomberg-in Ankaranın Ermənistanla sərhədi açmaq planları barədə xəbərini şərh edib.

KONKRET.az-ın xəbərinə görə, nəşr yazıb ki, Bakı ilə İrəvan arasında Donald Trampın vasitəçiliyi ilə əldə edilən sülh bəyanatından sonra irəliləyişə nail olunub.

Qəzetin məlumatına görə, sərhədin açılması yaxın 6 ay ərzində baş tuta bilər və bu, Ermənistanın Baş naziri Nikol Paşinyan üçün 2026-cı il seçkiləri öncəsi “hədiyyə” olacaq.

“Baş nazir Nikol Paşinyan üçün bu, bir hədiyyədir. Onun seçkiləri 2026-cı ilin iyunundadır və qələbə müqavilə imzalamaq üçün mövqelərini gücləndirəcək. İlham Əliyev Paşinyan hakimiyyətdə qaldığı təqdirdə sülh müqaviləsini imzalamağa hazırdır. Ankara isə vurğulayır ki, İrəvanla tam normallaşma yalnız Bakı ilə sülh razılaşmasından sonra mümkündür”, – deyə nəşr yazıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*