Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var – FOTO + VİDEObackend

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO + VİDEO

Bakının Nəsimi rayonunda yol qəzası qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

“Toyota” markalı maşının sürücüsü sola dönmək istəyərkən “Saipa” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək “Toyota”ya çırpılıb. Zərbənin gücündən “Toyota” əks yolda olan eyni markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Saipa”da olan sərnişin xəsarət alıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*