Bakıda 32 yaşlı kişini küçədə döyüb bıçaqladılarbackend

Bakıda 32 yaşlı kişini küçədə döyüb bıçaqladılar

Bakıda 32 yaşlı kişi küçədə döyülüb.

KONKRET.AZ-In məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu Nizami rayonu, Qara Qarayev prospekti 39 saylı ünvanın qarşısında gedərkən iki nəfər tanımadığı şəxs onun yolunu kəsərək mübahisə edib.

Mübahisə nəticəsində naməlum şəxslər M.Vəliyevi döyərək bıçaqlayıb və hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*