Bakıda ağır qəza – 1 ölü, 3 yaralıbackend

Bakıda ağır qəza - 1 ölü, 3 yaralı

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi VAZ-2101 markalı avtomobil ilə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb.

R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*