Bakıda ağır qəza olub, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıbbackend

Bakıda ağır qəza olub, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb

Səhiyyə Nazirliyi bu gün Bakının Xəzər rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər – 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*