Bakıda aktyorun meyiti tapıldı – 5 uşaq atası idibackend

Bakıda aktyorun meyiti tapıldı - 5 uşaq atası idi

Bakıda aktyor intihar edib. 

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytun savxozu” adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.

Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

  • Bilal
    Mart 21, 2024 - 15:35

    Слабак. 5 детей будут повторять его поступок. Бомбош

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*