Bakıda binanın dam örtüyü yerindən qopdubackend

Bakıda binanın dam örtüyü yerindən qopdu

Bakıda hündürmərtəbəli binanın dam örtüyü yerindən qopub.

KONKRET.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli inzibati binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*