Bakıda böyük məbləğ udan adamın sevinci viral oldu – VİDEObackend

Bakıda böyük məbləğ udan adamın sevinci viral oldu - VİDEO

Bakıdakı mərc oyunuda böyük məbləğdə pul udan şəxsin sevincini əks etdirən video yayılıb.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, “Tik-tok” və “Facebook”-da qısa zamanda geniş yayılan video böyük maraq doğrurub.

Qısa araşdırmadan sonra müəyyən edə bildik ki, video 28 may metrosunun yaxınlığındakı “Misli” məntəqəsində müşahidə kameraları tərəfindən lentə alınıb.

Məntəqədən verilən açıqlamada faktı təsdiqlədilər: “Bəli, həmin görüntülər bizim məntəqədə çəkilib. Sadə bir vətəndaş idi, idman mərc oyununda kifayət qədər ciddi məbləğ qazandı. Amma onun razılığı olmadan kimliyini və uduş məbləğini açıqlaya bilmərik”.

Məntəqədən məbləği açıqlamasalar da, “Azərlotereya” şirkətinin rəsmi səhifəsində 17 mart tarixli açıqlamada son günlərdə böyük uduşları qazanan şəxslərin bir qisminin adları açıqlanıb:

100.000 AZN – “Brilliant” ani lotereyası, Şamaxı sakini Elçin Qədimov

50.000 AZN – “Şans ulduzu” ani lotereyası, Beyləqan sakini Elşən Məmmədəliyev

25.000 AZN – Qızıl” ani lotereyası, Qəbələ sakini Qərib Hüsənova, və Füzuli sakini Mahir Qarayev

Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya və idman mərc oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*