Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Kliniki Tibbi Mərkəzdən KONKRET.az-a verilən məlumata görə, “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanalardan birində dönər yeyən 8 nəfər zəhərlənmə diaqnozu ilə Mərkəzə gətirilib.
Zəhərlənən şəxslərdən biri qadın, yeddisi kişidir. Onlardan birinin 16 yaşı var. Vəziyyətləri ağır, orta ağırdır.
