Bakıda ən çox yoluxma bu rayondadır – FOTObackend

Bakıda ən çox yoluxma bu rayondadır - FOTO

Bakı şəhərinin rayonları üzrə COVID-19 virusuna yoluxma göstəriciləri açıqlanıb.

KONKRET.az koronavirusinfo.az-a istinadən xəbər verir ki, paytaxtda ümumilikdə yoluxma faizi 53.4 %-dən 49.9 %-ə düşüb.

Paytaxt üzrə ən yüksək yoluxma göstəricisi 14.5 faizlə Binəqədi rayonunda qeydə alınıb.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13.5 faizi Xətai, 11.8 faizi Sabunçu, 11.7 faizi Yasamal, 8.5 faizi Suraxanı, 7.8 faizi Nərimanov, 7.6 faizi Nəsimi, 7.8 faizi Xəzər, 7.1 faizi Nizami, 4.9 faizi Səbail, 4.4 faizi Qaradağ, 0.5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*