Bakıda ev yandı, iki azyaşlı tüstüdən zəhərlənərək öldübackend

Bakıda ev yandı, iki azyaşlı tüstüdən zəhərlənərək öldü

Bakı şəhərində fərdi yaşayış evi yanıb.

KONKKRET.AZ-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*