Bakıda görünən “Putinin Limuzini” bu milyarderindir – Fotobackend

Bakıda görünən “Putinin Limuzini” bu milyarderindir - FOTO

Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat” limuzinin nümunələrindən biri Bakı küçələrində görünüb.

KONKRET.az avtomobilin kimə aid olduğunu müəyyənləşdirib. Fərdi müştərilərə hələ satılmayan 90 MC 002 dövlət qeydiyyat nişanlı avtomobil Rusiyada yaşayan azərbaycanlı milyarder Rəhimov İlham Məmmədhəsən oğluna məxsusdur. Sözügedən maşın onun adına rəsmiləşdirilib.

Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş modeldir və “Putinin limuzini” kimi tanınır.  Artıq Rusiya prezidenti vahid nümunədə yığılmış zirehli  “Aurus Senat Limousine” xidməti avtomobilindən istifadə edir.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*