Bakıda iki maşın toqquşdu: Yaralı varbackend

Bakıda iki maşın toqquşdu: Yaralı var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Bildirilir ki, Bəxtiyar İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil 25 yaşlı İsmayılov Ənvər Eldar oğlunun idarə etdiyi “Lada Priora” markalı nəqliyyat vasitəsi onun qarşısına çıxıb.

İki avtomobilin toqquşması zamanı sürücülər B.İsmayılov və Ə.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan B.İsmayılov evə buraxılıb, Ə.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*