Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı azaldılıb.
Bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb.
KONKRET.az-ın məlumatına görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış.
Bu gün isə onların 58-i götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.
Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.
