Bakıda köşk yandı, bir nəfər öldü – HADİSƏbackend

Bakıda köşk yandı, bir nəfər öldü - HADİSƏ

Bakı şəhərinin Nizami rayonunda köşk yanıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.

“Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, – deyə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*