Bakıda restoranda yanğın olub – VİDEObackend

Bakıda restoranda yanğın olub - VİDEO

Bakının Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*