Bakıda restorandan 35 000 manatlıq oğurluq edildibackend

Bakıda restorandan 35 000 manatlıq oğurluq edildi

Bakıda restorandan 35 000 manatlıq oğurluq edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35 000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*