Bakıda şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcəkbackend

Bakıda şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, iclas 4 paralel dəyirmi masa ilə davam edəcək: “Nazirlər, şəhər rəhbərləri iqlimə təsir göstərə biləcək məsələlərlə bağlı müzakirələr aparacaq”.

Sədr qeyd edib ki, iclasda Azərbaycanın irəli sürdüyü yeni təşəbbüs təqdim ediləcək: “Təşəbbüs Çoxsəviyyəli Fəaliyyət Proqramını nəzərdə tutur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*