Bakıda toyda BIÇAQLANAN tamadanın oğlu: “Mənə də bıçaq vurdular” – YENİLƏNİB + TƏFƏRRÜATbackend

Bakıda toyda BIÇAQLANAN tamadanın oğlu: “Mənə də bıçaq vurdular” - YENİLƏNİB + TƏFƏRRÜAT

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun oğlu Məhəmməd İsaq Oxu.az-a açıqlamasında bildirib:

“Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.

***

08:29

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən “Altun” şadlıq sarayında qeydə alınıb.

Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb.

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

O, bel nahiyəsindən bıçaqlanıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində yaralanan atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*