Bakıda toz dumanı müşahidə olunurbackend

Bakıda toz dumanı müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

ETSN-dən KONKRET.az-a verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*