Bakıda tramvayın effektiv olacağı ərazilər AÇIQLANDIbackend

Bakıda tramvayın effektiv olacağı ərazilər AÇIQLANDI

Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib.

KONKRET.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

“Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.

Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə “28 may” metrostansiyasına qədər əhəmiyyətli ola bilər.

“Seabreeze” istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər”, – deyə o qeyd edib./report

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*