Bakıda universitetdə TƏLAŞLI ANLAR: Tələbələr TƏXLİYƏ OLUNDU – YENİLƏNİBbackend

Bakıda universitetdə TƏLAŞLI ANLAR: Tələbələr TƏXLİYƏ OLUNDU - YENİLƏNİB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində zibil qutusunda yanğın olub.

Bunu KONKRET.az-a ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib.

O bildirib ki, hadisə universitetin ikinci korpusunda baş verib: “Zibil qutusunun içindəki kağızlar yandığı üçün bir neçə dəqiqə tüstü olub və dərhal söndürülüb. Yaşanan hadisə tədris prosesinə mane olmayıb”.

***

12:56
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tüstülənmə olub.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı təhlükəsizlik məqsədilə tələbələr təxliyə edilib.

Tüstülənmənin hansı səbəbdən olduğu araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*