Bakıda yağışlı havada zəncirvari qəza: 7 avtomobil toqquşdu – FOTObackend

Bakıda yağışlı havada zəncirvari qəza: 7 avtomobil toqquşdu - FOTO

Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, “Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər 5 avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*