Bakıda yanğın başladı: Ölən var – YENİLƏNİBbackend

Bakıda yanğın başladı: Ölən var - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə KONKRET.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Əlavə məlumat veriləcək.

***

10:42
Bakıda evdə yanğın baş verib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, evin mansardası yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*