Bakıdakı gizli çəkiliş qızı ulduza çevirdi: ona elçi düşdülər – VİDEObackend

Bakıdakı gizli çəkiliş qızı ulduza çevirdi: ona elçi düşdülər - VİDEO

Bakıda çəkilmiş sosial eksperiment paytaxt sakinini fenomenə çevirib.

KONKRET.az ölkə.az-a isntiadən xəbər verir ki, videoçarxda ssenariyə əsasən dilənçi ilə kobud davranan şəxs canlandırdığı obraza görə sərt reaksiyaya tuş gəlib.

Belə ki, bu hərəkətləri görən gənc qadın əsəbiləşərək ona ağır sözlər deyib. Paytaxt sakini sosial eksperimentdən xəbərsiz olub və rol ifaçısına kəskin şəkildə iradını bildirib.

Video sosial şəbəkələrdə paylaşılıb və gənc qızın davranışları rəğbətlə qarşılanıb. Hətta rəy bölməsinə qadına elçi düşənlər də olub. Sosial şəbəkə istifadəçiləri arasında bu istəyində ciddi olduğunu bildirənlər yer alıb.

“Əgər subaysınızsa, ciddi sözümdür, sizə elçi düşmək istəyirəm”, deyə rəydə bu və bu səpkidə qızın ünvanına mesajlar göndərilib.

Onu da bildirək ki, videodakı səhnənin həqiqi olduğuna inanmayanların fikirləri də paylaşımların rəy bölməsində yer qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*