“BakıKart”da yaranan problemlə bağlı AYNA-dan açıqlamabackend

“BakıKart”da yaranan problemlə bağlı AYNA-dan açıqlama

Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində (“BakıKart”) gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, səbəb QR generasiyasında texniki problemin yaranmasıdır.

“Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər”, – qurumdan məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*