Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yarandıbackend

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yarandı

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

2. “20 Yanvar” dairəsində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

6. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*