Bakının mərkəzində parkinq üçün kəsilən ağacın yerində yeni ağac əkildi – FOTObackend

Bakının mərkəzində parkinq üçün kəsilən ağacın yerində yeni ağac əkildi - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində, 18-30 saylı evin yaxınlığında qanunsuz parklanma hallarının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində kəsilən ağacın yerində yenisi əkilib.

KONKRET.az xəbər verir ki, səkidəki xüsusi çuxurda şərq çinarı (platan) əkilib. İşləri Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları həyata keçirib.

Ağaca müntəzəm aqrotexniki qulluq göstəriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə paytaxtın Nəsimi rayonu, Bülbül prospektində (18-30 saylı evlə üzbəüz) ağacın kəsilərək piyadalar üçün səkisinin daraldılması, eləcə də avtomobillər üçün dayanacaq yaradılması barədə məlumat yayılmışdı.

Bu məsələ ilə bağlı müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, qanunsuz dayanacaqların yaradılmasının təşəbbüskarı Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı olub.

Nəsimi rayon bələdiyyəsinin başçısı ağacı kəsdiyinə görə 5000 manat cərimə olunub. Tezliklə dayanacaq baryerlərinin sökülməsinə başlanılıb, bundan sonra səki bərpa olunub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*