Bakıya ermənilər gəlib iddiası – QAT bəyanat verir, DSX susur – VİDEObackend

Bakıya ermənilər gəlib iddiası – QAT bəyanat verir, DSX susur - VİDEO

Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıya erməni milliyətindən olan şəxslərin gəlişi barədə məlumatların yayıldığını əsas tutaraq, bəyanat verib.

QAT-ın bəyanatında deyilir:

“Bu gün sosial şəbəkələrdə bir maşın erməninin Bakıya girişini əks etdirən videogörüntü yayılıb. Ermənilərin bu hərəkəti onların nə qədər iyrənc toplum olduqlarını bir daha göstərir. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq həmişə ermənilərin müxtəlif adlar altında Bakıya gətirilməsinin əleyhinə olmuşuq və çətinliklə, həbslərə düşməklə də olsa, buna etiraz bildirmişik. İndi erməniləri bu şəkildə, gizli yolla gətirməyə başlayıblar. Bunu kimlərin etdiyini bilmirik, amma kim edirsə, Azərbaycan xalqı qarşısında hökmən cavab verəcək. Bu hadisə hakimiyyət, hüquq-mühafizə orqanları, Dövlət Sərhəd Xidməti, hər birimiz üçün böyük rüsvayçılıq, həqarətdir. Ona görə də hakimiyyətdən bu murdar ermənilərin dərhal tapılmasını, bu işdə məsuliyyəti və ya iştirakı olan hər kəsin cəzalandırılmasını tələb edirik”.

KONKRET.AZ “Bizimyol.info”ya istinadən xəbər verir ki, yayılan videogörüntülərdə bir neçə nəfər erməni aksenti ilə Azərbaycan dilində Bakının gözəlliklərindən bəhs edir və onlardan biri “səy azərbaycanlılar nə gözəl şəhər qurublar” deyir.

Məsələ ilə əlaqədar ünvanladığımız sorğuya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva cavab verərək bildirildi ki, sosial şəbəkədə yayılan bu videonun reallığı nə dərəcədə əks etdirməsi şübhəlidir. “Bu məsələ araşdırılmalıdır, əlaqədar qurumlar, o cümlədən Dövlət Sərhəd Xidməti məsələyə münasibət bildirməlidr. Yalnız həqiqət üzə çıxarsa XİN bu barədə açıqlama verəcək”.

Qeyd edək ki, çox çalışsaq da Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlaya bilmədik.

Bir cavab yazın