“BakuBus”ın sürücüsündən vətəndaşa qarşı əxlaqsız hərəkət – VİDEObackend

“BakuBus”ın sürücüsündən vətəndaşa qarşı əxlaqsız hərəkət - VİDEO

Bakıda sərnişin avtobusu sürücüsü vətəndaşa qarşı nalayiq hərəkət edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Videodan da göründüyü kimi “BakuBus” şirkətinə məxsus 88 saylı, 99 JZ 182 dövlət nömrə nişanlı avtobus xəttində çalışan sürücü vətəndaşa orta barmaq işarəsi göstərib və onu təhqir edib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində, “Azadlıq Prospekti” metrosu yaxınlığında qeydə alıb.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev baku.ws-ə açıqlmasında bildirib ki, bu məsələ araşdırılıb. Əlavə məlumat veriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*