Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun koronavirusa yoluxduğuna dair məlumat yayılıb.
KONKRET.az xəbər verir ki, modern.az baş infeksionist Təyyar Eyvazovla əlaqə saxlayıb.
T.Eyvazov xəstə olduğunu təsdiqləyib:
“Xəstəyəm, ev şəraitində müalicə alıram. Əmin olmaq üçün test vermişəm, cavabını gözləyirəm. Cavabdan sonra biləcəm, koronavirusa, yoluxmuşam, yoxsa yox”.
