“Başımdakı səs əmr etdi ki, vur” – Qubernatoru yaralayan şəxs DANIŞDIbackend

“Başımdakı səs əmr etdi ki, vur” – Qubernatoru yaralayan şəxs DANIŞDI

Ötən gecə Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis bıçaqlı şəxsin hücumuna məruz qalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə qubernatorin yerli sakinlərlə görüş keçirdiyi “Stroitel” mədəniyyət mərkəzinin binasından çıxarkən baş verib. Onu bıçaqlayan Aleksandr Budanov özü də saxlanılan zaman yaralanıb.

Андрей Чибис

İstintaq Komitəsi hücumun düşmənlik səbəbindən baş verdiyini bildirib. Budanov isə öz hərəkətini “başındakı səsin əmri” kimi izah edib.

Xəstəxanada əməliyyatdan sonra özünə gələn qubernator video vasitəsilə həkimlərə və narahat olunanlara minnətdarlığını bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*