“Bavariya”nın məşqçisi və dörd futbolçusu koronavirusa yoluxdubackend

"Bavariya"nın məşqçisi və dörd futbolçusu koronavirusa yoluxdu

Almaniyanın “Bavariya” komandasının 4 futbolçusu koronavirusa yoluxub.

KONKRET.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korenten Tolissodur.

Habelə, baş məşqçinin köməkçisi Dino Topmöllerdə infeksiya aşkarlanıb.

Yoluxanların özlərini yaxşı hiss etdikləri və evdə təcrid olunduqları bildirilir.

Xatırladaq ki, “Bavariya” Bundesliqanın XVIII turunda “Borussiya” (Mönxenqladbax) komandasını qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*