ABŞ prezidenti Co Bayden Almaniyanın cənubunda keçirilən G7 sammitini vaxtından əvvəl tərk edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Bildirilib ki, Amerika lideri Elmaudakı sammiti hava şəraitinə görə planlaşdırılandan tez tərk edib.
Ehtimal olunur ki, Bayden əvvəlcə Münhenə gələcək, oradan isə NATO liderlərinin görüşünün keçiriləcəyi Madridə uçacaq.
Qeyd edək ki, G7 sammiti iyunun 26-dan 28-dək Bavariyadakı Elmau qəsrində keçirilir.
İqbal Rzayev,
KONKRET.az
