ABŞ prezidenti Cozef Bayden Azadlıq Medalı ilə təltif olunanların adlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Azadlıq Medalı ABŞ-da ən yüksək mülki mükafatdır, xeyriyyəçilik, elm, siyasət, incəsənət və digər sahələrdə uğur qazanan şəxslərə verilir.
Siyahıda 2011-ci il oktyabrın 5-də vəfat etmiş Apple-ın qurucusu və keçmiş baş direktoru Stiv Cobs da daxil olmaqla 17 nəfər var. Mükafatlar iyulun 7-də Ağ Evdə təqdim olunacaq.
Medal alanlar siyahısında aktyor, rejissor və prodüser Denzel Vaşinqton, keçmiş senator Con Makkeyn (2018-ci ildə vəfat edib), Vayominq ştatından olan keçmiş ABŞ senatoru Alan Simpson və Brounsvilldəki Texas Universitetinin keçmiş prezidenti Culyeta Qarsiya da yer alıb.
Roman Göytürk,
KONKRET.az
