Bayden onlara medal verəcəkbackend

Bayden onlara medal verəcək

ABŞ prezidenti Co Bayden Corc Sorosa, futbolçu Lionel Messiyə və siyasətçi Hillari Klintona, eləcə də daha 16 nəfərə azadlıq medalları təqdim edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Mükafatı həmçinin modelyer Ralf Lauren, moda jurnalının redaktoru Anna Vintur və kino ulduzu Denzel Vaşinqton alacaqlar. Prezidentin Azadlıq Medalı ABŞ-da ən yüksək mülki mükafatdır. O, “Birləşmiş Ştatların rifahına, dəyərlərinə və ya təhlükəsizliyinə, dünya sülhünə və ya digər mühüm sosial, ictimai və ya özəl səylərə nümunəvi töhfələr verən” şəxslərə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*