“Bayden Putindən çəkinir, əgər cəsarətli olmasa…” – Politoloqdan ÖZƏL AÇIQLAMAbackend

"Bayden Putindən çəkinir, əgər cəsarətli olmasa..." - Politoloqdan ÖZƏL AÇIQLAMA

“Cəsarətli olmaq və birbaşa Rusiyanın üzərinə getmək lazımdır”.

 

Rusiya-Ukrayna savaşı artıq Üçüncü Dünya müharibəsinin başlanğıcı üçün ciddi əsaslar yaradıb. Rusiya iki gün əvvəl NATO-nun Polşadakı hərbi bazasına raket zərbələri endirib. Lakin ABŞ qırıcı təyyarələrini Ukraynaya öz hava limanından deyil, Polşa vasitəsi ilə göndərmək istəyir. Polşa bu məsələdə ABŞ-a etiraz edir. ABŞ-ın qərarsızlığı isə onun Rusiyadan qorxması ilə bağlı suallar ortaya çıxarır.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

Politoloq bildirib ki, ABŞ prezidenti Co Bayden cəsarətli olmalıdır:

“Rusiya vəhşi və azğın heyvan kimi nəzarətdən çıxıb. ABŞ-ın Ukraynaya hərbi təyyarələr verməsi artıq NATO ilə müharibənin başlaması deməkdir. Çünki bu günlərdə Rusiya NATO-nun hərbi bazasını vurub. Düşünürəm ki, ABŞ bu məsələdə cəsarətli olmalıdır. Əgər Putinin qarşısı alınmazsa, o, daha da irəli gedəcək. Cəsarətli şəkildə və birbaşa olaraq Rusiyanın üzərinə getmək lazımdır. Bunun başqa yolu yoxdur. Görünür, ABŞ Prezidenti Co Bayden Rusiyadan bir qədər çəkinir. Lakin Rusiyanın qarşısı alınmazsa, daha təhülkəli səbəblərə gətirib çxıara bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*