Bayden Rusiya və Belarus üçün dollar mübadiləsini qadağan edən qanunu İMZALADIbackend

Bayden Rusiya və Belarus üçün dollar mübadiləsini qadağan edən qanunu İMZALADI

ABŞ Prezidenti Co Bayden Rusiya və Belarusun Xüsusi Borcalma Hüququ əsasında dollar mübadiləsi əməliyyatlarında iştirakını qadağan edən qanunu imzalayıb.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin mayında qanun layihəsi ABŞ Konqresi tərəfindən təsdiqlənib. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının 417 üzvü dəstəkləyib.

Qeyd edək ki, qanun qəbul edildikdən sonra beş il müddətində qüvvədə olacaq.

Həmçinin, Rusiyanın Ukraynaya hücumu başa çatdıqdan 30 gün sonra vaxtından əvvəl Konqresin qərarı ilə qüvvədən düşə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*