Bayden Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün Brüsselə gedəcəkbackend

Bayden Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün Brüsselə gedəcək

ABŞ Prezidenti Cozef Bayden gələn həftə Ukrayna ətrafında vəziyyətlə bağlı G7-nin (“Böyük Yeddilik”) Brüsseldə keçiriləcək sammitində iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Bildiyiniz kimi, o, cümə axşamı Belçikanın paytaxtı Brüsselə gedəcək və orada dolğun gün keçirəcək”, – Psaki deyib.

O, Baydenin NATO-nun fövqəladə sammitində və Aİ sammitində də iştirak edəcəyini xatırladıb. Həmin gün ABŞ Prezidenti Ukraynadakı vəziyyəti ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə əlavə müzakirə etmək üçün G7-nin Almaniya tərəfindən çağırılan toplantısında iştirak edəcək.

Cen Psaki əlavə edib ki, G7 sammitinin iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab hazırlayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*