Baydenin oğlunun şəkli amerikalıları QƏZƏBLƏNDİRDİbackend

Baydenin oğlunun şəkli amerikalıları QƏZƏBLƏNDİRDİ 

Baydenin oğlunun rəsminin 225 min dollara satılması amerikalıların qəzəbinə səbəb olub.

KONKRET.az xəbər verir ki, Daily Mail-in oxucuları bunu çirkli pulların yuyulması adlandırıblar.

Hunter Baydenin maliyyə işləri ilə bağlı ciddi tənqidlərə və təhqiqata məruz qalmasına baxmayaraq, rəsm əsəri Nyu Yorkdakı sərgidə anonim alıcılara baha qiymətə satılıb.

Amerika mətbuatının verdiyi xəbərə görə, sərgi Nyu-Yorkda keçirilir. Ən bahalı iş 225 min dollar qiymətləndirilir və artıq iki maraqlı alıcı cəlb edib. Eyni zamanda, qalereyanın əməkdaşı onların adlarını jurnalistlərə açıqlamaqdan imtina edib.

Qeyd olunub ki, Hunter bu addımı atasının rəğbətini qazanmaq üçün atıb. O, bildirmək istəyib ki, rekord qiymətə satılsa da, rəsmlərinin pulunu ödəməyə hazır olan kütlə var.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*