“Baydenin Putin haqqında dedikləri təhqirdir” – Peskovdan SƏRT AÇIQLAMAbackend

"Baydenin Putin haqqında dedikləri təhqirdir" - Peskovdan SƏRT AÇIQLAMA

Vladimir Putinin sözçüsü Dmitri Peskov Baydenin Rusiya Prezidenti haqqında açıqlamalarına reaksiya verib.

KONKRET.az TASS agentliyinə istinadən xəbər verir ki, o, Baydenin Putin haqqında ritorikasının təhqirlə dolu olduğunu bildirib:

“ABŞ Prezidenti Cozef Baydenin dövlət başçımız Vladimir Putin haqqında açıqlamaları təhqirdən başqa bir şey deyil. O, hər çıxışında belə fikirlər səsləndirir”.

Peskov Baydenin təhqirlərinə reaksiya verməyəcəklərini qeyd edib:

“Ona heç bir reaksiya verməyəcəyik. Çünki ABŞ Prezidenti əsəbi, çox yorğun və unutqandır. Gərginliyin daha da böyüməsini istəmirik”.

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*