Türkiyənin İstanbul Konvensiyasından birdən-birə geri çəkilməsi dərin bir xəyal qırıqlığı yaradır.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Co Bayden çıxış edib.
“Ölkələrin qadınlara qarşı şiddətə son verməyə bağlılıqlarını gücləndirməsi və yeniləmələri lazımdır, beynəlxalq müqavilələrdən geri çəkilməsi yox”, – Bayden vurğulayıb.
Qeyd edək ki, Türkiyə ötən gün İstanbul Konvensiyasından çıxıb. Bunun əsas səbəbi isə “toplumsal cinsiyyət eşitliyi” (Konvensiyanın 4-cü maddəsindəki 3 bənd, cəmiyyətdəki bütün sosial qruplar, o cümlədən LGBT üzvlərinin haqlarının müdafiəsi) bəndinin ölkədə birmənalı qarşılanmamasıdır.
