Bayram Səfərov: “Ali Baş Komandanımızı ömürlük prezident seçək”backend

Bayram Səfərov: “Ali Baş Komandanımızı ömürlük prezident seçək”

“Sözün düzü, bir neçə gündür cəbhədən yaxşı xəbərlər gəlir, Şuşanın azad olunduğu barədə fikirlər səsləndirilirdi. Amma cənab Prezidentimizin rəsmi şəkildə elan etməsi tamam başqa hiss oldu. Mən prezidentimizin müjdəsini eşidən kimi ağladım. Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu Allah qorusun. Bütün torpaqlarımız azad olunsun!” .

KONKRET.az xəbər verir ki, bu sözləri Şuşanın icra başçısı Bayram Səfərov deyib. O, Şuşanın azad olunması barədə xəbərdən bir gün öncə verdiyi açıqlamanı xatırlayıb: “Elə sizə açıqlamamda demişdim ki, Şuşanın azad olunduğu barədə rəsmi xəbəri mənə ilk çatdıran şəxsə muştuluğum olacaq. Düzdür, Prezidentin müraciətini özüm canlı izlədim. Amma həmin anda ilk zəng edib, təbrik edən şuşalı keçmiş döyüşçü Fəxrəddin Səfərov oldu. Elə muştuluq da ona düşür. Görək, nə istəsə, görüşəndə onunçün edəcəyəm. Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. İnanıram ki, möhtərəm Prezidentimiz Şuşanı abadlaşdıracaq, möhtəşəm bir şəhərə çevirəcək”.

Bayram Səfərov Şuşa həsrəti ilə dünyadan köçən ziyalıları, şuşalıları da xatırlayıb: “Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki… Mərhum bəstəkarımız Süleyman Ələsgərovla sağlığında Şuşa haqqında çox söhbət edirdik. Mən bilirəm ki, o Şuşasızlığa dözə bilmədi. Azərbaycan xalqına müraciət etmək istəyirəm. Şuşanı, Qarabağı azad edən Ali Baş Komandanımızı ömürlük prezidentimiz seçək. Bunu seçki, referendum və ya başqa hər hansısa formada edə bilərik. Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı. Papağımızı başımıza qoya bilməyimiz üçün papağımızı bizə qaytarıb. Bunlar elə bir hissdir ki, sözlə ifadə edə bilmirəm. Mən həmişə demişəm ki, hər şeyim var, eyni zamanda heç nəyim yoxdur. İndi tamamlandı. Möhtərəm prezidentimiz, var olsun, o tamamladı. Hər yerdə bizə qaçqın, köçkün kimi baxılırdı. Ermənilər belə bizləri aşağılayırdılar. Haqq-ədalət öz yerini tapdı”.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*