“Bədəninin 70 faizi…” – Evində partlayış olan aktyorun SON DURUMUbackend

"Bədəninin 70 faizi..." - Evində partlayış olan aktyorun SON DURUMU

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəssarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova “Report”a deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

“Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.

Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*