Bəhreyndə koronavirusa qarşı “Paxlovid” dərmanının istifadəsinə icazə verildibackend

Bəhreyndə koronavirusa qarşı "Paxlovid" dərmanının istifadəsinə icazə verildi

Bəhreyn hakimiyyəti ölkədə “Paxlovid” adlı dərmanının istifadəsinə icazə verib. Həmin dərman ABŞ-ın “Pfizer” şirkəti tərəfindən COVID-19-un müalicəsi üçün hazırlanıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Bəhreyn İnformasiya Agentliyi bildirib.

Qeyd olunub ki, müvafiq qərar dərmanın klinik sınaqlarını aparan Krallığın Səhiyyə Nazirliyinin mütəxəssislərinin razılığı əsasında Səhiyyə sahəsində tənzimləmə üzrə Milli Agentliyi tərəfindən qəbul edilib.

Dərmanın COVID-19-un ağır formalarının inkişafı riski yüksək olan 18 yaşdan yuxarı insanların müalicəsi zamanı fövqəladə hallarda istifadəsinə icazə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*