Bəhreyndə “Omikron”a ilk yoluxma qeydə alındıbackend

Bəhreyndə "Omikron"a ilk yoluxma qeydə alındı

Bəhreyndə dekabrın 11-də ilk dəfə “Omikron” ştammına yoluxma halı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ştamm krallığa xarici ölkədən gələn şəxsdə aşkar edilib. Sağlamlıqla bağlı ona qarşı uyğun tədbirlər həyata keçirilib.

Xatırladaq ki, əhalisi 1,7 milyon nəfər olan Bəhreyndə 311 aktiv COVID-19 xəstəsi var. Ümumilikdə krallıq üzrə 276 292 nəfər virusdan sağalıb, 1 394 nəfər isə koronavirusun qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*