Belçikada İlham Əliyevə DƏSTƏKbackend

Belçikada İlham Əliyevə DƏSTƏK

Azərbaycan-Belçika Dostluq Cəmiyyəti Azərbaycana dəstək nümayişi təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanına toplaşan nümayışçilər Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar.

Aksiya iştirakçıları Qarabağ zəfərini “Bu, bizim birgə qələbəmizdir”, “Qarabağ Azərbaycandır”, “Allah türk millətini qorusun”, “ Azərbaycan və Türkiyə həmişə qardaşdır və bir yerdədir” şüarları səsləndiriblər.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin prezidenti Ayhan Dəmirçi bildirib ki, nümayişin keçirilməsində məqsəd Brüsseldə səfərdə olan Prezident İlham Əliyevə dəstək nümayiş etdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*