backend

Bərdədə narkotacirlər saxlanıldı - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Aqşin Mollaəyyublu və Əlişan Mirzəyev saxlanılıblar. A.Mollaəyyublunun sərnişin kimi əyləşdiyi avtomobildən ona məxsus 1 kiloqrama yaxın narkotik vasitə marixuana və Ə.Mirzyevin evindən isə çətənə bitkisi və külli miqdarda heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*